"Nur" növbəti qələbəsini qazanıb

Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyunda “Nur” kollektivi “Gənclərbirliyi” komandasını qəbul edib. Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində keçirilən görüş meydança sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 44:18. Turun həftəsonu keçiriləcək digər oyunlarında "Azərsu" "Azəryol"la, "İdman Akademiyası" isə "Qarabağ"la qarşılaşacaq.