Nurlan Novruzov rəsmən "Səbail"də

Premyer Liqanın debütantı “Səbail” daha bir transferi açıqlayıb. SportLine.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt klubu bu dəfə hücumçu Nurlan Novruzovu təqdim edib.

Ötən mövsümü icarə əsasında “Zirə”də keçirən və müqavilə ilə “Bakı”ya məxsus olan 24 yaşlı forvardla münasibətlər rəsmiləşdirilib. U-19 və U-21 yığmalarımızın sabiq üzvü yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Səbail” buna qədər Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov və Elman Taqayevlə müqavilə imzalamışdı.