Nurməhəmmədov Makqreqora qalib gəldi

Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqorla qarşılaşıb. SportLine.az xəbər verir ki, gözlənildiyi kimi gərgin anlarla yadda qalan dueldə qalib 4-cü raundda müəyyənləşib. Rəqibinə qarşı boğucu fənd işlədən H.Nurməhəmmədov onu təslim edib. 

Görüş yekunlaşan kimi zalda ara qarışıb. K.Makqreqorun fanatlarından biri H.Nurməhəmmədova söz atıb. Nətivədə, Rusiya təmsilçisi ilə azarkeşlər arasında gərginlik yaşanıb. H.Nurməhəmmədovun mühafizəçilərin biri ilə K.Makqreqor arasında da dava baş verib. 

Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.