Odina Bayramova Türkiyə çempionatında

Qadın voleybolçulardan ibarət millinin kapitanı Odina Bayramova Türkiyə çempionatında çıxış edəcək. Sportline.az xəbər verir ki, 27 yaşlı voleybolçu Sultanlar Liqasında yarışan  “Seramiksan” klubu ilə anlaşıb. İtaliyanın “Firenze” klubu ilə yollarını ayıran Bayramova Turqutlu təmsilçisi ilə bir illik müqaviləyə imza atıb.