Oğuz Çətin: "Qarabağ" yenə haqsızlıqla üzləşdi"

"Xəzər Lənkəran" klubunun keçmiş baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın futbolçusu Dino Ndlovunun "Atletiko" ilə oyunda meydandan kənarlaşdırıldığı epizodu şərh edib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis fransalı hakim Ruddi Bukenin Ndlovuya haqsızlıq etdiyini bildirib. O deyib ki, eyni hal "Qarabağ"ın cərimə meydançası daxilində baş versəydi, Buke "Atletiko"nun lehinə penalti təyin edərdi: "Buna bənzər hal mən Azərbaycanda çalışdığım vaxt "Qarabağ"ın İtaliya "İnter"i ilə görüşündə də baş vermişdi. Həmin vaxt Azərbaycan klubu təmiz qolunun sayılmadığı tələbi ilə UEFA-ya şikayət etsə də, müsbət cavab almamışdı. İndi də avrokuboklarda yenidən haqsızlığa məruz qaldılar".