Olimpiada Türkiyədə keçirilə bilər
2026-cı il Qış Olimpiya Oyunları Türkiyədə keçirilə bilər. SportLine.az xəbər verir ki, qardaş ölkə Ərzurum şəhərinin namizədliyini rəsmən irəli sürüb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinə namizədlərin irəli sürülməsi prosesinə martın 31-də yekun vurulacaq.