Olimpiya çempionları Qəbələdə toplaşacaq

Mayın 7-də Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə Beynəlxalq Qran Priyə start veriləcək. 

Sportline.az xəbər verir ki, tədbir "Qəbələ" Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyası ilə Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında həyata keçiriləcək. Yarışa 8-dən çox ölkənin 100-dək idmançısı, eləcə də rəsmi qonaqlar qatılacaq. Onların arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Yay Olimpiya Oyunlarının qalibləri də yer alacaq. 

Bir həftəyədək davam edəcək Qran Pridə 6 dəst medal uğrunda mübarizə gedəcək. Rəsmi açılış mərasimi mayın 8-də keçiriləcək.