Olimpiya çempionumuz yenə zirvədə

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda üç Azərbaycan idmançısının da adı var.

Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidir. O, 34,66 reytinq xalı itirsə də, mövqeyini əldən verməyib. 

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədir.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 1 pillə geriləyib. 7-ci yerə enən həmyerlimiz 207,69 xala malikdir.