"Olimpiya" "Qarabağ"la görüşə bu heyətlə gəlir

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın Bakıya gələcək heyəti müəyyənləşib.

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Sloveniya təmsilçisi cavab oyunu üçün paytaxtımıza 20 futbolçu gətirəcək.

Baş məşqçi İliya Stolitsa siyahıya aşağıdakı oyunçuların adlarını daxil edib:

Alyaj İvaçiç, Neyts Vidmar, Dino Ştiqlets, Daniyel Miskiç, Branko İliç, Stefan Saviç, Kinqsli Boatenq, Qoran Brkiç, Nik Kapun, Aris Zarifoviç, Ron Kronaveter, Matiç Çrniç, Marko Qayiç, Marko Putinçanin, Frenk Banyak, Haris Kadriç, Daniyel Avramovski, Tomislav Tomiç, Leo Eyup, Asmir Suliç

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” oyunu iyulun 18-də, saat 21:00-da başlayacaq. Komandalar arasında Lyüblyanada keçirilən ilk görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.