"Olimpiya"nın Bakı planı müəyyənləşdi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Olimpiya" klubunun Bakıya səfər planı müəyyənləşib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Sloveniya çempionu sabah paytaxtımızasəfər edəcək. Çarter reysi ilə Bakıya gələcək komanda oyundan dərhal sonra vətənə qayıdacaq. Lyublyana təmsilçisi iyulun 21-də Sloveniya çempionatının ilk tur çərçivəsində “ND Qoritsa” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i, saat 21:00-da başlanacaq. Bu komandalar arasında ilk oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.