Ölkə çempionatında 2-ci gün yekunlaşdı

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq çəki dərəcəsində Fəqan Quluzadə və 90 kq çəki dərəcəsində Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Sabah 100 kq, +100 kq çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

KİŞİLƏR

 

73 kq

 

 

 

81 kq

 

1.

Kənan Quluzadə

Judo 2012

 

1.

Fəqan Quluzadə

Atilla

2.

Paşa Əliyev

Atilla

 

2.

Coşqun Abdullayev

Neftçi

3.

İlqar Müşkiyev

 

 

3.

Hüseyn Rəhimli

MOK

3.

Telman Vəliyev

Neftçi

 

3.

Afiq Səfərli

Judo 2012

 

 

 

 

 

 

 

 

90 kq

 

 

 

 

 

1.

Əbdülhəqq Rəsullu

Neftçi

 

 

 

 

2.

Tural Səfquliyev

Neftçi

 

 

 

 

3.

Rüfət İsmayılov

Qəbələ

 

 

 

 

3.

Qurban Qurbanov

Atilla

 

 

Azərbaycan Cüdo Federasiyasının məlumatı