Orxan Sadıqlı cəzalandırıldı

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XI turunda yaşanan hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. 

Sportline.az xəbər verir ki, "Neftçi” – "Zirə” matçında meydan sahiblərinin 4, qonaqların 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. 85-ci dəqiqədə "Zirə”nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozması səbəbindən 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. 

"Keşlə” ilə qarşılaşmanın 67-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmış "Sumqayıt”ın qapıçısı Orxan Sadıqlı da 1 oyun cəzalanıb. Onun klubu isə 200 manat ziyana düşüb.