Hollandiyalılar Ozan Can Kökçünü millimizə buraxmadılar

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət millimizin Antalya toplanışında iştirak etməyəcək.

Sportline.az xəbər ki,  "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya klubu Özan Can Kökcünün toplanışa qatılmasına icazə verməyib.

Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoxlama oyunları keçirəcək. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq.