Ozan Can oynadı, komandası Türkiyə Kubokunda mərhələ adladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Girəsunspor" Türkiyə Kubokunun III mərhələsində "Kocaelispor"la qarşılaşıb. 

SportLine.az xəbər verir ki, əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşün taleyi əlavə vaxtda həll olunub. Yekunda 3:2 hesablı qələbəyə sevinən "Girəsunspor" kubok yarışında yoluna davam edir.

Ozan Can bu oyunda 120 dəqiqə meydanda olub. O, matçın 98-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.