Özil Almaniyaya qayıda bilər

Məsut Özilin "Arsenal"ı tərk edəcəyi ilə bağlı xəbərlərin sayı artıqca, futbolçunu transfer etmək istəyən klublar da çoxalır. SportLine.az Almaniyanın "Kicker" nəşrinə istinadən xəbər verir ki, indi də "Şalke" yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

Məlumatda Gelzenkirhen təmsilçisinin qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istədiyi yazılıb. 

Qeyd edək ki, M.Özil peşəkar karyerasına "Şalke"də başlayıb. O, 2006-2007-ci illərdə bu komandanın heyətində 30 oyuna çıxıb.