"Panatinaikos" - "Qəbələ" görüşünün vaxtı açıqlandı

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb. Sportline.az xəbər verir ki,  “qırmızı-qaralar” iyulun 27-də Afinada meydana çıxacaq.  “Apostolos Nikolaidis” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Cavab qarşılaşması isə avqustun 3-də keçiriləcək.