Parisə 7 cüdoçu yollanır

Fevralın 10-da Fransanın paytaxtı Parisdə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçu medallar uğrunda yarışacaq.

İki gün davam edəcək "Böyük Dəbilqə” turnirində Azərbaycanı Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəsullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.