Patimat Abakarova Avropa çempionatında "bürünc" qazandı

Bu gün Rusiyanın Kazan şəhərində böyüklər arasında Avropa çempionatına start verilib. 

SportLine.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazansa da, finalın bir addımlığında büdrəyib. Xorvatiyalı idmançıya məğlub olan həmyerlimiz yarışı bürünc medalla yekunlaşdırıb.

Digər təmsilçilərimizdən Qaşım Maqomedov (-58 kq) böyük britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.