PFL "ən yaxşı"nı açıqladı

Topaz Premyer Liqada 4-cü turun ən yaxşı oyunçusu müəyyənləşib.

SportLine.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, InStat Sportun təhlilinə əsasən, başa çatan turun ən yüksək indeksə malik futbolçusu "Neftçi"nin üzvü Səlahət Ağayevdir.

Qeyd edək ki, S. Ağayev geridə qalan 4 tur ərzində qapısından cəmi 2 top buraxıb.