Poçettino "Real"a keçmək istəmir

"Tottenhem"in çalışdırıcısı Maurision Poçettino "Real"a keçmək niyyətində deyil. SportLine.az "Mail"ə istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü bildirib.

Mətbuata açıqlamasında, "İngiltərədə xoşbəxtəm. Klubumla müqaviləm var. İstəklərimizi və planlarımızı gerçəkləşdirənə qədər burada qalacağam", - deyib.

Onun sözlərinə görə, iş yerini "Real"a dəyişməsi azarkeşlər tərəfindən birmənalı qarşılanmayacaq: "İndiki vəziyyətdə "Real"la razılığa gəlsəm, məni pulgir, acgöz tanıyacaqlar. Mən isə belə görünmək istəmirəm".

Qeyd edək ki, Zinəddin Zidanın istefasından sonra Madrid təmsilçisinin boş qalan baş məşqçi vəzifəsində ən real namizəd M.Poçettino hesab olunurdu.