Prezident şahmatçılara 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında Sərəncam imzalayıb.

SportLine.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Sərəncamda Azərbaycanın kişi şahmatçılardan ibarət yığmasının Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazandığı qeyd edilir.

Sərəncama əsasən, komandamızın üçqat Avropa çempionu olması və Azərbaycan şahmatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Şahmat Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.