Prosineçki Bosniya və Herseqovina millisində nə qədər qazanacaq?

Bosniya və Herseqovina millisinə baş məşqçi təyin edilən Robert Prosineçkinin maaşı açıqlanıb.

SportLine.az xəbər verir ki, xorvatiyalı mütəxəssis aya 15 min avro qazanacaq. Bu isə illik 180 min avro deməkdir. Bosniya və Herseqovina millisi Avro-2020-nin final mərhələsinə yüksəlsə, R.Prosineçki daha 300 min avro əldə edəcək.

Müqayisə üçün deyək ki, R.Prosineçki Azərbaycan seçməsində çalışarkən illik gəliri koməkçiləri ilə birgə 1.2 milyon avro idi.