Prosineçkinin əvəzinə Ançelotti

"Bavariya"nın sabiq baş məşqçisi Karlo Ançelotti Xorvatiya millisini çalışdıra bilər. Sportline.az xəbər verir ki, bu haqda İtaliyanın məşhur Gazetta dello Sport qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu posta namizədlər arasında milli komandamızın baş məşqçisi Robert Prosineçkinin də adı hallanırdı. Hazırda komandanın sükanı Zlatko Daliçin əlindədir. Xorvatiya millisini Yunanıstan seçməsi ilə DÇ-2018-in keçid oyunlarına da bu mütəxəssis çıxaracaq.