PSJ Aleksis Sançezlə razılığa gəlib

PSJ "Mançester Yunayted"in futbolçusu Aleksis Sançezlə razılıq əldə edib. SportLine.az xəbər verir ki, bu barədə "Sun" nəşri məlumat yayıb.

Xəbərdə çilili hücumçunun 2019-cu ilin yayında Paris təmsilçisinə qoşulacağı bildirilib.

Qeyd edək ki, A.Sançez "Arsenal"dan "Mançester Yunayted"ə keçib. Son günlər onun "qırmızı şeytanlar"ın heyətində xoşbəxt olmadığı deyilir.