PSJ-dən "Barselona"ya daha bir fantastik təklif - 270 milyon avro

Fransanın PSJ klubu "Barselona"ya daha bir fantastik təklif etməyə hazırlaşır. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi Filipe Koutinyonun keçidi üçün kataloniyalılara 270 milyon avro verməyə hazır olduğunu bildirib.

Məlumata görə, Neymarı komandada saxlamaq istəyən klub rəhbərliyi onun tələbinə əsasən F.Koutinyonu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, F.Koutinyo ötən mövsüm "Liverpul"dan "Barselona"ya keçib.