PSJ-dən "Mançester Yunayted"ə 30 milyonluq təklif

PSJ heyətini "Mançester Yunayted"in futbolçusu Markos Roxo ilə gücləndirmək niyyətindədir. 

SportLine.az "Sun"a istinadən xəbər verir ki, Fransa klubu argentinalı müdafiəçi üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır. Parislilər M.Roxonu mövsümün sonunda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Mançester Yunayted"lə 2019-cu ilin yayınadək müqaviləsi var.