PSJ-nin braziliyalısı "Tottenhem"ə keçir

"Tottenhem" heyətini gücləndirməyə yaxındır. SportLine.az "RMC Sport"a istinadən xəbər verir ki, London klubu PSJ-nin futbolçusu Lukas Moura ilə razılığa gəlib. "Sambaçı"nın yaxın günlərdə İngiltərəyə gedəcəyi gözlənilir.

"Tottenhem" L.Moura üçün 21,9 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.