PSJ-nin futbolçusuna İngiltərədən iki müştəri

PSJ-nin futbolçusu Layvin Kurzava Premyer Liqa klublarının hədəfindədir. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "Tottenhem" və "Çelsi" 25 yaşlı müdafiəçi ilə maraqlanır. 

Məlumata görə, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino rəhbərlikdən futbolçu ilə danışıqlara başlamağı istəyib. Razılıq əldə olunsa, L.Kurzava ilə cari mövsümün sonunda müqavilə imzalanacaq.