PSJ-nin yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu

Unay Emeri ilə yolları ayıran PSJ rəhbərliyi komandaya yeni baş məşqçi gətirib. SportLine.az "France Football"a istinadən xəbər verir ki, Paris təmsilçisi Tomas Tuxelə həvalə olunub.

Bunadək Dortmund "Borussiya"sını çalışdıran almanilayı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, mütəxəssis cari mövsüm yekunlaşdıqdan sonra işinə başlayacaq.