PSJ prezidenti Neymara şərt qoydu

Neymarın "Real"a keçmək istəyi ilə bağlı söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, məsələyə artıq PSJ prezidenti də münasibət bildirib. 

Goal.com saytına açıqlamasında Nasser-əl-Xəlifi Neymarın "kral klubu"na keçidinə razı ola biləcəyini dilə gətirib:

"Neymarın "Real"a keçidinə icazə verərəm. Ancaq əvvəlcə, o, PSJ ilə Çempionlar Liqasını qazanmalıdır. Biz onu komandaya bu turnirdə zəfər əldə etmək üçün gətirmişik. Bundan sonra Neymar istəsə və "Real" üçün lazımi təzminat məbləğini ödəsə, o, İspaniyaya qayıda bilər".

Qeyd edək ki, 25 yaşlı braziliyalı cari mövsümün əvvəlində 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə keçib.