Qadın futbolçular arasında dava

Qadın futbolçular arasında Türkiyə III Liqasında keçirilən "Yeni Burduspor" - "Antalya Demirspor" matçı kütləvi dava ilə yadda qalıb. 

SportLine.az "Hürriyet"ə istinadən xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. 

Hadisə nəticəsində qonaq komandanın iki futbolçusu - Qaye Urqan və Zeynəb Ağgün xəsarətlərdən huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, görüş meydan sahiblərinin 4:1 hesabı ilə üstün olduğu vaxt yaşanıb.