DÇ: Qadın güləşçilərdən uğursuz start

Parisdə güləş üzrə dünya çempionatı davam edir. Sportline.az xəbər verir ki, yarışın üçüncü günündə mübarizəyə qadın güləşçilər qoşulacaqlar.

Komandamız  bu gün 4 çəki dərəcəsində təmsil olunacaq. 

Artıq onların ilk rəqibləri məlumdur. Üçqat Avropa çempionu Nataliya Sinişin və böyüklər arasında mundialın debütantı Elmira Qəmbərova xalça üzərinə 1/16 final mərhələsindən çıxacaq. İrina Netreba isə 1/8 finaldan etibarən çıxış edəcək. 


Dünya çempionatı

55 kq 
1/16 final - Nataliya Sinişin - İrina Kuraçkina (BLR) 1:2

58 kq 
1/4 final - Miçelle Kristina Fazzari (CAN) - İrina Netreba (B xalçası) 
1/8 final - İrina Netreba - Giedre Blekaityte (LTU) 8:4

63 kq 
1/8 final - Elmira Qəmbərova - Yukako Kavai (JPN) 2:8
1/16 final - Tayla Tuahine Ford (NZL) - Elmira Qəmbərova 0:5

Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.