"Qalatasaray" Ardanı transfer etmək üçün vəsait tapdı

Yanvar ayında Arda Turanı heyətinə cəlb etmək istəyən "Qalatasaray" maliyyə problemini həll edib. SportLine.az "NTV Spor"a istinadən xəbər verir ki, komandanın forma sponsoru NEF-in rəhbərliyi ilə əldə olunan razılığa əsasən futbolçunun keçidi üçün tələb olunan məbləğ ödənəcək.

İstanbul klubunun yaxın günlərdə "Barselona"ya rəsmi təklif ünvanlayacağı gözlənilir. Razılıq əldə olunsa, A.Turan qış transfer pəncərəsində komandaya qoşulacaq.