"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer edir

"Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"nun müdafiəçisi Filipe Luisə elçi düşüb. Bu haqda "Fanatik" məlumat yayıb.

Xəbərdə "cim-bom"un braziliyalı futbolçunun keçidi üçün rəsmi təklif ünvanlamağa hazırlaşdığı deyilib. Artıq Klaudio Taffarelin F.Luisi razı salmaq üçün fəaliyyətə başladığı qeyd olunub.

Məlumatda, həmçinin, Madrid klubunun təzminat məbləği kimi 4.5 milyon avro istədiyi, Türkiyə təmsilçisinin isə qiyməti aşağı salmağa çalışdığı yazılıb.