"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gəlir?

UEFA Avropa Liqasında "Qarabağ"ın qonağı olacaq "Vorskla"nın səfər planı müəyyənləşib.

SportLine.az xəbər verir ki, Poltava klubu Bakıya oyundan bir gün əvvəl - oktyabrın 24-də gələcək. Komanda "Winter Park Hotel"də məskunlaşacaq. Baş məşqçi Vasili Saçko həmin gün saat 17:30-da Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı keçirəcək. Saat 18:00-da isə rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlanacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Vorskla" görüşü oktyabrın 25-də BOS-da keçiriləcək. Matç saat 20:55-də başlanacaq.