"Qarabağ" 2,5 milyona hücumçu alır

Dino Ndlovunu Çinin "Quançjou Qrintaun" klubuna satan "Qarabağ" hücum xəttindəki boşluğu başqa bir afrikalı ilə dolduracaq. SportLine.az xəbər verir ki, bu barədə "The Herald" nəşri məlumat yayıb.

Xəbərə görə, Zimbabve millisinin üzvü, hazırda Cənubi Afrika Respubliaksının "Mamelodi Sandaunz" komandasında çıxış edən Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər. Komandası ilə yeni müqavilə imzalamaqdan imtina edən futbolçunun "Qarabağ"dan təklif aldığı deyilir. 28 yaşlı hücumçuya aylıq 90 min manat maaş təklif edən "köhlən atlar" futbolçunun keçidini həll etmək üçün "Mamelodi Sandaunz"la danışıqlar apardığı bildirilir.

X.Billiatın qiyməti 2,5 milyon ABŞ dollarına bərabərdir. 

Qeyd edək ki, X.Billiat 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sandaunz" klubunda 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub