UEFA -dan "Qarabağ"a 4 milyon avro

Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə "Qarabağ”a UEFA tərəfindən 4 milyon 35 min 740  avro maliyyə vəsaiti ayrılıb. 

SportLine.az xəbər verir ki, həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Ümumi məbləğin 2 milyon 750 min avrosu Azərbaycan təmsilçisinin Avropa Liqasindakı iştirakı (48 kluba bu məbləğ ayrılıb) qarşılığında ayrılıb.  

Əmsalların sıralamasına əsasən, son 10 ildəki performansına görə isə Ağdam klubu 1 milyon 285 min 740 avro əldə edib.