"Qarabağ" 5 pillə irəlilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda 7 Azərbaycan klubu yer alıb.

Ən yaxşı göstərici "Qarabağ"ın aktivindədir. PAOK üzərində qələbədən sonra xal ehtiyatını artıran Ağdam təmsilçisi 110-cu pilləyə yüksəlib.

“Neftçi”  3 pillə geriləyib. Bakılılar 9,700 xalla 159-cu pillədədir.

Səfərdə “Sent Etyen”ə uduzan (0:1) “Qəbələ” 2 pillə geriləyib. Hesabında 7,700 xal olan əyalət təmsilçisi  181-ci yərə enib.
 
Bakı “İnter”i 5,950 xalla 220-ci yerdədir.

“Xəzər Lənkəran” 4.450 xalla 280-ci, “Kəpəz” 3,950 xalla 301-ci yerdədir.

Siyahıda “Bakı”nın da dı var. Paytaxt klubu 3,700 xalla 309-cudur.

453 klubun yer aldığı siyahıya 150,343 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 139,213 xalla 2-ci, “Barselona” 136,343 xalla 3-cü pillədədir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.