"Qarabağ" 9 futbolçu ilə vidalaşıb

"Qarabağ" klubu 9 futbolçu ilə vidalaşıb.

Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.

Klub onlara göstərdikləri xidmətlər qarşılığında təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.