"Qarabağ" - "Arsenal" görüşü italiyalıya tapşırıldı

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ” - "Arsenal” görüşünün hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda olacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Daniele Doveri ilə Mixael Fabbri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

Qeyd edək ki, görüş saat 20:55-də başlanacaq.