"Qarabağ" - "Atletiko" matçının "ən yaxşısı" müəyyənləşdi

Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Atletiko" oyununun "ən yaxşısı" bəlli olub. SportLine.az xəbər verir ki, UEFA-nın saytında aparılan səsvermədə Antuan Qrizmann ən çox səsə sahib çıxıb. 

50%-lə zirvədə qərarlaşan fransalı hücumçunu 22% səslə İbrahim Şehiç izləyib. Filipe Luis 3-cü (13%), Mahir Mədətov 4-cü (9%), Ansi Aqolli isə 5-ci yerdə (5%) qərarlaşıb.