"Qarabağ" azarkeşləri yeni fan-klub yaradıblar

Avropada yaşayan azərbaycanlılar Azərbaycan futboluna Avropada dəstək üçün "Can Qarabağ" adlı fan-klub yaradıblar.

Sportline.az xəbər verir ki,  bu məlumatı qol.az-a fan-klubun təsisçilərindən olan Anar Orucov verib. Fan-klubun məqsədi Azərbaycanı Avropda uğurla təmsil edən “Qarabağ”a, eləcə də digər klublara və milli komandaya dəstək verməkdir: "Hər həftə Qarabağın oyunlarını toplanıb bir yerdə izləyirik. Fan-klunun əksər üzvləri Almaniyada, Şimali Reyn Vestfaliya əyalətində yaşayan həmyerlilərimizdir. Qeyri-rəsmi statistikaya əsasən, bu regionda 20 minə qədər azərbaycanlı məskunlaşıb. Bu sayda azərbaycanlının bir qurum ətrafında birləşməsi, toplanıb ölkəmizin inkişaf etməkdə olan futboluna dəstək vermələri həm də mənəvi bir borcdur. Fan-klub ideyası da birləşmək və uzaq Avropada futbolumuza dəstək olub, qələbələrə birlikdə sevinib, sevincimizi birgə bölüşmək ehtiyacından, ölkəmizi daha da çox tanıtmaq istəyindən yarandı. Şüarımız "Azərbaycan naminə"dir".

“Can Qarabağ” fan klubunun debütü Lüksemburqda olub. Dünən fan-klub “Fola” – “İnter” oyununu izləyərək Azərbaycan komandasına dəstək olub.

"Can Qarabağ" fan-klubunun 70 nəfərə qədər üzvü var: "Fan-klubun Facebook səhifəsi (https://www.facebook.com/CanGarabakh), loqosu, oyunları birlikdə izlədiyimiz məkanımız var”.