"Qarabağ" Azərbaycanın reytinq xalını artırdı

Çempionlar Liqasının qrup mərhələsinin ötən gecəki oyunlarından sonra UEFA yeni reytinqi açıqlayıb.

Sportline.az xəbər verir ki, son 8 görüşdən sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.  İspaniya “Atletiko”su ilə  qolsuz heç-heçə edən “Qarabağ” ölkəmizə daha 0.250 xal qazandırıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.875 xalı var.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniya 19.450 xala malikdir.