"Qarabağ" BATE səddini aşa bilməsə, ...

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə qarşılaşacaq "Qarabağ" Borisov təmsilçisini məğlub edə bilməsə, mübarizəni Avropa Liqasının "pley-off"unda davam etdirəcək. SportLine.az xəbər verir ki, burada Ağdam təmsilçisinin rəqibi "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi olacaq.

"Köhlən atlar" Avroliqanın "pley-off"unda mübarizə aparsa, ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.