"Qarabağ" çempion!

Topaz Premyer Liqasında 24-cü tur yekunlaşacaqıb. SportLine.az xəbər verir ki, bu tur 2017/2018 mövsümünün qalibi müəyyənləşib. Səfərdə "Sumqayıt"ı məğlub edən Ağdam təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 6-cı dəfə çempion adına yiyələnib.

Bakıda keçirilən "Neftçi" - "Qəbələ" duelində isə meydan sahibləri qələbə qazanmaqla "Zirə"ni arxada qoyub.

22 aprel 2018
Topaz Premyer Liqası
24-cü tur

“Səbail” – “Kəpəz” - 1:1
QOLLAR: 
Dario Federiko, 19 (0:1); Faruk Miya, 24 (1:1)
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”

“Neftçi” – “Qəbələ” - 1:0
QOL: 
Ruslan Abışov, 4 (1:0)
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
8-ci km qəsəbə stadionu

“Sumqayıt” – “Qarabağ” - 0:1
QOL: 
Dani Kintana, 34 (0:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
Sumqayıt Şəhər stadionu

Standings provided by Sofascore LiveScore