"Qarabağ" vətənə qələbə ilə dönür

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə Azərbaycan təmsilçisi "Qarabağ" da mübarizəyə qoşulacaq.

"Köhlən atlar" ilk oyununu səfərdə keçirəcək. Rəqib Sloveniya çempionu "Olimpiya" olacaq.

Bakı vaxtı ilə saat 22:00-da start götürəcək qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.


11 iyul 2018
Çempionlar Liqası
I təsnifat mərhələsi (ilk oyun)

"Olimpiya" (Lyublyana, Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
QOL:
Donald Gerrye, 79 (0:1)
QIRMIZI VƏRƏQƏLƏR: İssah Abass, 85 ("Olimpiya"); Qara Qarayev, 90+1 ("Qarabağ")

"Olimpiya": 31. Alyaj Ivaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 17. Abass İssa, 27. Aris Zarifoviç (k.) 44. Dino Ştiqlets, 70. Marko Putintsanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniel Mişkiç, 10. Qoran Brkiç, 21. Kinqsli Boatenq, 23. Nik Kapun, 29. Matits Çrnits

Baş məşqçi: İliya Stolitsa

"Qarabağ": 13. Vaqner, 13. Qara Qarayev, 5. Maksim Medvedev (k.), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdellah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov 

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Lovren Visser, Karel De Roker, Jo de Vayrt, Bram Van Drişşe (hamısı Belçika)
"Stojitse" Stadionu, Lyublyana