"Qarabağ" fanatlarına şad xəbər

"Qarabağ" klubununun fan şopu bu gündən azarkeşlərin ixtiyarında olacaq.  Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu gün müəyyən işlər tamamlandıqdan sonra satışlar başlayacaq. Rəsmi açılış mərasimi sabah-  bazar günü saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın Fan-şopu Park Bulvar AVM-in, 2-ci mərtəbəsində fəaliyyət göstərəcək.