"Qarabağ" Avstriyada ilk oyununu keçirib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Bolqarıstanın "Lüdoqorets" klubu olacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

"Ludoqorets" - "Qarabağ" - 1:1
Qollar:
 Svierczok, 33 (1:0), Dani Kintana, 52 (1:1)

Qeyd edək ki, "Qarabağ" "Lüdoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.