"Qarabağ" - "Lüdoqorets" görüşünün vaxtı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama görüşünün başlanma saatı açıqlanıb. SportLine.az xəbər verir ki, Bolqarıstanın "Lüdoqorets" klubuna qarşı keçiriləcək matçın start fiti iyunun 23-də, Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə yoxlama oyunları keçiriəcək.