"Qarabağ" məşqlərə başladı

Topaz Premyer Liqasının 20-ci turunda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın üzvləri bu gün klubun bazasında bir araya gəliblər.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq, aprelin 1-də keçiriləcək "Keşlə" ilə oyunun hazırlığına start verib. 

Milli komandada yer alan futbolçular məşqdə iştirak etməyib.

Əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə məşqə çıxıb.